İspaniya Fələstin dövlətini rəsmən tanıyıb
İspaniya Fələstin dövlətini rəsmən tanıyıb

 
İspaniya hökuməti Fələstin dövlətini rəsmən tanıyıb. Mediada yayılmış məlumatda, bu haqda İspaniyanın xarici işlər naziri Xose Manuel Albaresin Madriddə keçirilən mətbuat konfransında bəyan etdiyi deyilir.

Sözügedən bəyanat, İspaniyanın Baş naziri Pedro Sançesin milli televiziya ilə müraciətində ölkəsinin “artıq Fələstini tanıyan 140-dan çox ölkəyə” qoşulacağı haqda verdiyi bəyanatı müşaiyət etdi.
Sançes qeyd edib: “Bu, hamımızın sülhə nail olmağın yeganə yolu kimi etiraf etdiyi həll yolunu həyata keçirməyin yeganə yoludur”.