İspan mediasının yaydığı məlumata əsasən, İrlandiya, İspaniya və Avropa İttifaqının digər ölkələri Fələstini müstəqil dövlət kimi tanımağı planlaşdırır
İspan mediasının yaydığı məlumata əsasən, İrlandiya, İspaniya və Avropa İttifaqının digər ölkələri Fələstini müstəqil dövlət kimi tanımağı planlaşdırır

 
İrlandiya, İspaniya və Avropa İttifaqının digər ölkələri Fələstini müstəqil dövlət kimi tanımağı planlaşdırır-bu haqda məlumatı ispan mediası yayır.

Medianın yaydığı məlumata əsasən, rəsmi qərar ola bilsin mayın 21-dək qəbul edilsin.

İrlandiya, İspaniya, Sloveniya və Malta mart ayında birgə bəyanat yayaraq, “müvafiq şərait mövcud olduqda” Fələstin dövlətçiliyini tanımağa hazır olduqlarını bəyan ediblər.

Avropa İttifaqının ölkələrinin bir hissəsinin Fələstini müstəqil dövlət kimi tanıyacağı xəbəri Avropa İttifaqının liderlərinin İsrailin Rafah şəhərində başlatdığı hərbi əməliyyata cavab addımlarını müzakirə etdiyi bir vaxtda yayılıb.

Bundan əvvəl Avropa İttifaqının 67 deputatı bu məsələ ilə bağlı təcili görüş keçirmək üçün Avropa İttifaqının liderlərinə məktub göndərib. Avropalı parlamentarilər Avropa İttifaqının İsrailə qarşı sanksiya tətbiq etməsini tələb edirlər.