İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb
İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb

 
İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb. İrlandiya hökuməti sözügedən qərarı hökumətin iclasında təsdiqləyib.

“Hökumət Fələstini suveren, müstəqil dövlət olaraq tanıyır və Dublin ilə Ramallah arasında tam diplomatik münasibətlərin qurulmasına razılıq verib. İrlandiyanın Fələstin Dövlətinə səfiri təyin olunacaq” – İrlandiya hökumətinin bəyanatında deyilir.

Bununla yanaşı, İrlandiyanın Baş naziri Saimon Harris, bu addımın sülh ümidini qoruyub saxlamağa yönəldiyini qeyd edib.

“İrlandiyanın bu qərarı ümidi qoruyub saxlamaqdır. Bu, iki dövlətli həllin İsrail və Fələstinin sülh və təhlükəsizlik içində yan-yana yaşamasının yeganə yolu olduğuna inamdır. Mən bir daha İsrailin Baş naziri Benyamin Netanyahunu dünyanı dinləməyə və Qəzzada gördüyümüz humanitar fəlakəti dayandırmağa çağırıram” – deyə Saimon Harris deyib.

Xatırladaq ki, İspaniya bu gün Fələstin dövlətini rəsmən tanıyıb.