İrəvanda hökumət əleyhinə etiraz aksiyalarında 60 nəfər həbs edilib
İrəvanda hökumət əleyhinə etiraz aksiyalarında 60 nəfər həbs edilib

Ermənistanın paytaxtı İrəvanda hökumət əleyhinə etiraz aksiyaları zamanı 60 nəfər həbs edilib.

Bu barədə Ermənistan mediası Ermənistan Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Aksiya zamanı ölkənin baş naziri Nikol Paşinyanın deputatların suallarını cavablandırdığı Ermənistan parlamentinin binası yaxınlığında vəziyyət xüsusilə gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri parlamentin hasarından çıxarmağa çalışıb və bu məqsədlə xüsusi səs və işıq vasitələrindən istifadə ediblər.