İranın Prezidentinin andiçmə mərasimində 70-dən çox xarici nümayəndə, o cümlədən yüksək vəzifəli şəxslər iştirak edəcəklər
İranın Prezidentinin andiçmə mərasimində 70-dən çox xarici nümayəndə, o cümlədən yüksək vəzifəli şəxslər iştirak edəcəklər

 
İranın Prezidenti Masud Pezeşkiyanın andiçmə mərasimində 70-dən çox xarici nümayəndə, o cümlədən yüksək vəzifəli şəxslər, regional və beynəlxalq qurumların baş katibləri iştirak edəcəklər.

Bu haqda məlumatı İran mediası yayır.

Yayılmış məlumata əsasən, İranın paytaxtı Tehrana 69 yaşlı Pezeşkiyanın İran prezidenti kimi and içəcəyi mərasimə prezidentlər, vitse-prezidentlər, nazir müavinləri, parlament sədrləri, səfirlər, 600-ə yaxın yerli və xarici jurnalist qatılacaq.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Mora, Yaponiyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Tsuqe İoşifumi, Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çunq Biunq-Von, Şanxay Əməkdaşlıq Təşkilatının (SCO) baş katibi Jan Min, Misirin xarici işlər naziri Bədr Abdellat, Braziliyanın vitse-prezidenti Ceraldo Alkmin və başqaları Tehrana gediblər.

İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei Pezeşkiyanı dəstəklədikdən sonra İranın 9-cu prezidenti vəzifəsində onun rəsmi olaraq dörd illik müddəti başladı.