İran Prezidentinin qəzaya uğrayan helikopterinin göyərtəsində olan daha 3 nəfərin kimliyi müəyyən edilib
İran Prezidentinin qəzaya uğrayan helikopterinin göyərtəsində olan daha 3 nəfərin kimliyi müəyyən edilib

 
İranın Prezidenti və xarici işlər nazirindən başqa, qəzaya uğrayan helikopterin göyərtəsində olan daha 3 nəfərin kimliyi müəyyən edilib.

İran mediasının yazdığı üzrə, İranın Şərqi Azərbaycan vilayətinin qubernatoru general Malek Rəhməti, eləcə də Təbrizdə cümə duasını yerinə yetirməli olan imam prezidentlə birlikdə Təbrizə doğru uçurmuş. Prezidentin mühafizə xidmətinin rəhbəri Sərdar Seyid Mehdi Musəvi və mühafizə xidmətinin bir neçə üzvü, həmçinin helikopterin ekipajı göyərtədə olub.

Mediada yayılmış məlumata əsasən, Rəisi İran-Azərbaycan sərhəd bölgəsindən İranın şimal-qərb hissəsində yerləşən Təbriz şəhərinə gedirmiş. İranın Prezidenti İbrahim Rəisi Azərbaycanın Prezidenti İlham Əliyevlə birgə iştirak etdiyi bəndin açılış mərasimindən qayıdırmış.