İran prezidenti - ABŞ reallıqla üzləşməli və başa düşməlidir ki, İran təzyiqlərə cavab verməyəcək, müdafiə doktrinamızda nüvə silahı yoxdur
İran prezidenti - ABŞ reallıqla üzləşməli və başa düşməlidir ki, İran təzyiqlərə cavab verməyəcək, müdafiə doktrinamızda nüvə silahı yoxdur

ABŞ reallığı dərk etməli və birdəfəlik başa düşməlidir ki, İran təzyiqlərə cavab verməyəcək, İranın müdafiə doktrinasında nüvə silahı yoxdur. – Bunu İran prezidenti Məsud Pezeşkian bəyan edib.

Bundan əlavə, İranın yeni seçilmiş prezidenti Çin və Rusiya ilə dostluğu vurğulayıb.

“Çin və Rusiya çətin anlarımızda həmişə yanımızdadır. Biz bu dostluğu çox yüksək qiymətləndiririk. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur və mənim administrasiyam əməkdaşlığımızın genişləndirilməsinə və dərinləşməsinə sadiq qalacaq. “İran xalqı mənə beynəlxalq arenada konstruktiv fəaliyyəti davam etdirmək, hüquqlarımızın, ləyaqətimizin və regionda və dünyada layiqli rolumuzun qorunmasında israrlı olmaq üçün güclü mandat verib”, – Pezeşkian bildirib.