İrakli Şotadze - İnsanın sağlamlıq vəziyyətinin spekulyasiya mövzusuna çevrilə biləcəyi olduqca təəssüf doğurucudur, ancaq bu məni təəccübləndirmir
İlk növbədə, insanın sağlamlıq vəziyyətinin spekulyasiya mövzusuna çevrilə biləcəyi olduqca təəssüf doğurucudur, ancaq bu məni təəccübləndirmir, istefamın səbəbinin nə olduğunu bəyanatımda ətraflı şəkildə izah etdim-bu haqda İrakli Şotadze deyib
Şotadze bildirib ki, müalicəsi ola bilsin bir neçə ay davam etsin və onun istefası yeganə düzgün çıxış yoludur.
“Artıq bir həftədən çoxdur müalicə məqsədilə xaricdəyəm və müalicə prosesi bir neçə ay çəkə biləcəyi üçün bu müddət ərzində müalicə edən həkimlərin tövsiyəsi ilə bu qərarı vermişəm. Müvafiq olaraq, belə bir reallıqda müalicə müddətində baş prokurorun səlahiyyətlərini yerinə yetirməyin imkansız olması ilə bağlı mənimlə razılaşarsınız və təbii ki, bu, mövcud şəraiti nəzərə almaqla verə biləcəyim yeganə düzgün qərar idi. Gürcüstan Prokurorluğunda güclü peşəkarlardan ibarət komanda var, onlara fəaliyyətlərinə, yanımda olduqlarına, dəstək ifadə etdiklərinə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə də eyni uğurla fəaliyyətlərini davam etdirəcəklər”-bu haqda İrakli Şotadze “Xronika”ya deyib.
İrakli Şotadze bu gün sağlamlıq vəziyyətinə görə baş prokuror vəzifəsindən istefa verdiyini açıqlayıb.