İrakli Kobaxidze - Şəffaflıq qanununun qəbulu hakimiyyətin qələbəsi, eləcə də opponentlərin və tərəfdaşların məğlubiyyəti olaraq hesab edilməməlidir, yalnız Gürcüstan qalib gəldi
İrakli Kobaxidze - Şəffaflıq qanununun qəbulu hakimiyyətin qələbəsi, eləcə də opponentlərin və tərəfdaşların məğlubiyyəti olaraq hesab edilməməlidir, yalnız Gürcüstan qalib gəldi

 
Şəffaflıq haqqında qanunun qəbulu hakimiyyətin qələbəsi, eləcə də qanuna qarşı çıxanların məğlubiyyəti və üstəlik, şəffaflıq haqqında qanunun qəbulu beynəlxalq tərəfdaşlarımızın məğlubiyyəti olaraq hesab edilməməlidir, tez-tez bunu belə göstərməyə çalışırlar-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.

Kobaxidze, şəffaflıq haqqında qanunun qəbulu ilə yalnız Gürcüstan, onun suverenliyi və təhlükəsizliyinin qalib gəldiyini bildirib.

“Müvafiq olaraq, bu qanunun qəbulu ilə yalnız ölkəmizin yaxşı gününü istəməyənlər məğlub oldu. Bunu birmənalı demək olar. Bu iki ay ərzində qanunla bağlı çoxlu dezinformasiya yayıldı, sadəcə süni əsası olan həddən artıq emosiya var idi, hərçənd indi qanun qüvvədədir və hamımız praqmatik, sayıq düşüncə ilə hərəkət etməliyik və lazımsız emosiyaları bir kənara qoymalıyıq. Bu, xüsusilə etiraz aksiyasının uğursuzluğunun səbəb olduğu məyusluğu liberal-faşist hərəkətləri ilə ört-basdır etməyə çalışan insanlara aiddir. Liberal faşizm ölkəmizdə, Gürcüstanda illərdir qeyri-şəffaf maliyyə vasitəsilə süni şəkildə yayılan klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmayan, gürcü mədəniyyəti ilə qətiyyən bir araya sığmayan bir ideologiyadır. Mən hamını, ilk növbədə onun yolunu tutanların şəxsi inkişafına ən böyük təhlükə yaradan liberal faşizmdən uzaq durmağa çağırmaq istərdim” – deyə baş nazir açıqlayıb.