İrakli Kobaxidze Portuqal Dilli Ölkələrin Birliyinin nümayəndə heyəti ilə görüşüb
İrakli Kobaxidze Portuqal Dilli Ölkələrin Birliyinin nümayəndə heyəti ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Portuqal Dilli Ölkələrin Birliyinin (CPLP) nümayəndə heyəti ilə görüşüb.

Hökumət Administrasiyasının mətbuat xidmətindən verilmiş məlumatda, görüşdə CPLP və Portuqal Dilli Ölkələrin Birliyinin üzvü olan ölkələrlə mövcud əməkdaşlıq və tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərinin müzakirə edildiyi deyilir.

“Həm ikitərəfli, həm də çoxtərəfli formatda Portuqal Dilli Ölkələrin Birliyinə üzv və müşahidəçi ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə toxunulub. Həmçinin dünyada cari mühüm siyasi prosesləri müzakirə ediblər.

Nümayəndə heyətinin rəhbəri hökumət başçısına Portuqal Dilli Ölkələrin Birliyinin Gürcüstanın ərazi bütövlüyünə və işğal olunmuş ərazilərin tanınmaması siyasətinə güclü dəstəyini təsdiqləyib.

Gürcüstan assosiativ müşahidəçi qismində 2014-cü ildə Portuqal Dilli Ölkələrin Birliyinə qoşulub”- Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatında qeyd olunub.