İrakli Kobaxidze - Payızda ölkəmizin inkişafını necə təsəvvür etməyimizlə bağlı dörd illik plan təqdim edəcəyik
Hesabatımda fevralın 8-dən iyunun sonuna qədər olan dövrə, eləcə də gələcək planlara əsas diqqət yönəldiləcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentə baş nazirin hesabatının təqdimatı ilə bağlı sualı cavablandırarkən jurnalistlərə deyib.
Baş nazir bildirib ki, payızda hakim komandanın ölkənin inkişafını necə təsəvvür etməsi haqda dörd illik plan təqdim olunacaq.
“Bu hesabatda keçən il Gürcüstan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər əks olunub. Xüsusi diqqət son bir neçə aya yetiriləcək. Fevralın 8-dək hökumətin fəaliyyəti ilə bağlı hesabat təqdim etmişəm və əsas diqqət fevralın 8-dən iyunun sonuna qədər olan dövrə, eləcə də gələcək planlara yönələcək. Bundan başqa, payızda ölkəmizin inkişafını necə təsəvvür etməyimizlə bağlı dörd illik plan təqdim edəcəyik. Bu, ölkənin inkişafının tamamilə bütün istiqamətlərini özündə birləşdirən hərtərəfli seçki proqramı olacaq və “Gürcü Arzusu” seçkilərdə qalib gəldikdən sonra bu seçki proqramı ölkənin dörd illik hökumət proqramına çevriləcək”-deyə baş nazir açıqlayıb.