İrakli Kobaxidze, Nino Lomcarianın ombudsman yox, anti-ombudsman olduğunu bildirir
İrakli Kobaxidze, Nino Lomcarianın ombudsman yox, anti-ombudsman olduğunu bildirir

 

Bu insanın ombudsman yox, anti-ombudsman olduğu birbaşa görünür– “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze ombudsman Nino Lomcarianın bəyanatı haqqında jurnalistin sualına belə cavab verib.

Nino Lomcaria bu gün belə bir açıqlama verib : “8 avqust öncəsi Gürcüstan vətəndaşlarının ruslara qarşı mənfi münasibət bəsləməsi və öz sevgilərini ifadə etməməsi təəccüblü deyil, lakin bu qeyri-qanuni formalara çevrilməməlidir”.

Kobaxidze , Nino Lomcarianın inanılmaz açıqlamalar verdiyini bildirir.

“Bu, eşidilməmiş bəyanatdır. Ombudsman adlandırılan şəxsin ksenofobik kampaniyaya birbaşa qoşulması ağlasığmazdır. Bu insanın ombudsman yox, anti-ombudsman olduğu birbaşa görünür. O, bugünkü açıqlaması ilə bunu bir daha təsdiqləyib.

Ombudsmanımızın bəyanatını bəyənmirəm. Təsəvvür edin, bu insan belə yüksək vəzifədədir və inanılmaz açıqlamalar verir, hansısa sıravi Rusiya vətəndaşının özünü pis aparması, qətiyyən təəccüblü deyil” – deyə Kobaxidze bildirib.

Şərh yaz