İrakli Kobaxidze - "Milli Hərəkətə" müraciət edirəm ki, oynamasınlar və səlahiyyətlərinin ləğv olunması ilə bağlı ərizələri vaxtında təqdim etsinlər
İrakli Kobaxidze - "Milli Hərəkətə" müraciət edirəm ki, oynamasınlar və səlahiyyətlərinin ləğv olunması ilə bağlı ərizələri vaxtında təqdim etsinlər

“Milli Hərəkətə” müraciət edirəm ki, oynamasınlar və səlahiyyətlərinin ləğv olunması ilə bağlı ərizələri vaxtında təqdim etsinlər, – bu bəyanatı parlament əksəriyyətini lideri İrakli Kobaxidze verdi.

Onun dediyinə görə, partiyaların maliyyələşdirilməsi ilə bağlı qanunlayihə dekabrda gündəmdə olacaq.

“Bu məsələyi Gürcüstan parlamenti yaxın günlərdə müzakirə edəcək, vacibdir ki bu qanunlayihə dekabrda qüvvəyə minsin. Mən daha öncə də dedim, “Milli Hərəkatın” nümayəndələri oynamasınlar və deputat səlahiyyətlərinin dayandırılması ilə bağlı ərizələri vaxtında təqdim etsinlər. Təqdim edilən günü, həmin ərizələr imzalanacaq” – dedi Kobaxidze.

Kobaxidze həmçinin qeyd etdi ki, onun bəyanatlarında partiyanın ləğv olunmasından söz edilməyib.

“Söhbət partiyaların ləğv olunmasından deyil, seçki qeydiyyatının ləğv olunmasından gedir.  Əgər bir şəxs seçki qeydiyyat qaydalarını qane etmirsə və seçki agitasiyalarında partiyanın lideri kimi hallandırılırsa, həmin partiya seçki qeydiyyatını keçə bilməyəcək.

Əgər 2024-cü ilin seçkilərində görsək ki, 2020-ci ilin seçkilərində olduğu kimi Saakaşvili yenə partiyanın baş nazir namizədidir, onda partiya seçki qeydiyyatını keçə bilməyəcək, çünki bu konstitusiyayı pozmaqdır” – dedi Kobaxidze.