İrakli Kobaxidze - İstənilən insanın hüquqları həyat tərzindən asılı olmayaraq, müdafiə edilməlidir, lakin təbliğat müəyyən təhlükələri ehtiva edir, qanunla onun tənzimlənməsi prinsipial əhəmiyyət daşıyır
İrakli Kobaxidze - İstənilən insanın hüquqları həyat tərzindən asılı olmayaraq, müdafiə edilməlidir, lakin təbliğat müəyyən təhlükələri ehtiva edir, qanunla onun tənzimlənməsi prinsipial əhəmiyyət daşıyır

 
İstənilən insanın hüquqları həyat tərzindən asılı olmayaraq ciddi şəkildə müdafiə edilməlidir, həyat tərzindən asılı olmayaraq hər bir vətəndaşa hörmət, bu, bizim öhdəliyimizdir -Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu haqda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini jurnalistlərə şərh edərkən bildirib.

Baş nazir, təbliğatın müəyyən təhlükələri ehtiva etməsindən irəli gələrək, qanunla onun tənzimlənməsinin prinsipial əhəmiyyət daşıdığını deyib.

“İnsan hüquqlarının müdafiəsi ilə təbliğatı bir-birindən olduqca aydın şəkildə ayırmalıyıq. Gürcüstanda insan hüquqları müdafiə olunur və ciddi şəkildə müdafiə edilməlidir. Bu, həyat tərzindən asılı olmayaraq, istənilən insana aiddir, ancaq təbliğata gəlincə, təbliğat qəbuledilməzdir, təşəbbüsü irəli sürülmüş qanun layihəsi məhz təbliğata aiddir. Bundan əvvəl müvafiq konstitusiya qanun layihəsinin təşəbbüsü, indi isə artıq Gürcüstan Parlamentində müzakirə edilən adi qanun layihəsi irəli sürüldü və bu çağırış parlamenti bu prosesi sona çatdıracaq. İstənilən insanın hüquqları həyat tərzindən asılı olmayaraq ciddi şəkildə müdafiə edilməlidir, həyat tərzindən asılı olmayaraq hər bir vətəndaşa hörmət, bu, bizim öhdəliyimizdir, lakin təbliğat müəyyən təhlükələri ehtiva edir və bundan irəli gələrək, qanunla təbliğatla əlaqəli məsələlərin tənzimlənməsi prinsipial əhəmiyyət daşıyır”- deyə baş nazir bildirib.

“Gürcü Arzusu” “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya dəyişiklikləri ilə bağlı qanunlar paketinin təşəbbüsünü irəli sürüb.