İrakli Kobaxidze İranın Prezidenti Masud Pezeşkiyanla görüşüb
İrakli Kobaxidze İranın Prezidenti Masud Pezeşkiyanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze İranın yeni prezidenti Masud Pezeşkiyanla görüşüb.

Hökumət başçısı yeni seçilmiş prezidenti seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

İrakli Kobaxidze İran İslam Respublikasının Prezidentinin Məclisdə keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Gürcüstanın Baş naziri vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə birlikdə Tehrandadır.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.