İrakli Kobaxidze illik hesabatla iyunun 28-də parlamentdə çıxış edəcək
İrakli Kobaxidze illik hesabatla iyunun 28-də parlamentdə çıxış edəcək

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze illik hesabatla iyunun 28-də parlamentdə çıxış edəcək.

Büronun bu gün keçirilən iclasında qərar layihəsinə səs verilib.

“Büro, baş nazirin məruzə ilə çıxışının dəqiq vaxtının müəyyən edilməsi haqda büronun qərarına səs verməlidir. Parlament və hökumət arasında məsləhətləşmələr aparılıb və iyunun 28-i tələb olunan tarixdir. Fikrimcə, bizim buna qarşı heç bir şeyimiz yoxdur və bunu da dəstəkləməliyik”- deyə Gürcüstan Parlamentinin birinci vitse-spikeri Qia Volski bildirib.