İrakli Kobaxidze - Gürcüstanda seçkilərin saxtalaşdırılmasının təsisçiləri olan, stajlı saxtakarlar bizi seçkilərin saxtalaşdırılmasında ittiham edirlər, buna izin verməyəcəyik
İrakli Kobaxidze - Gürcüstanda seçkilərin saxtalaşdırılmasının təsisçiləri olan, stajlı saxtakarlar bizi seçkilərin saxtalaşdırılmasında ittiham edirlər, buna izin verməyəcəyik

Gürcüstanda seçkilərin saxtalaşdırılmasının təsisçiləri olan, stajlı saxtakarlar bizi seçkilərin saxtalaşdırılmasında ittiham edirlər, ancaq buna izin verməyəcəyik, – bu bəyanatı parlament əksəriyyətinin lideri və “Gürcü Arzusunun” üzvü İrakli Kobaxidze verdi.

Kobaxidze mətbuat konfransında bəyan etdi ki, iqtidar “Ədalətli seçkilərə” etibar edir və təşkilatın rəhbərləri ilə də, ona görə görüşdülər.

“Ədalətli seçkilər”-in rəhbərləri ilə görüşdük və kiçik bir səhvin düzəldilməsini xahiş etdik. Mərkəzi Seçki Komisiyası seçkiləri saxtalaşdırmayıb. Ancaq biz yaxşı xatırlayırıq ki, hələ 90-cı illərdə, hazırki radikal müxalifətin nümayəndələri Qoqorişvili, Maçavariani, və sairə, seçkiləri necə saxtalaşdırırdılar.

Gürcüstanda seçkilərin saxtalaşdırılması praktikasına 2012- ci ildən son qoyuldu və bu”Gürcü Arzusunun” nailiyyətidir. Əsl saxtakarlar bizi seçkilərin saxtalaşdırılmasında ittiham edirlər və buna dözməyəcəyik”, – dedi İrakli Kobaxidze.