İrakli Kobaxidze-Gürcü-Amerika münasibətləri yenidən başladılmağa və sağlamlaşdırılmağa ehtiyac duyur, biz bunun üçün hər şeyi edəcəyik
İrakli Kobaxidze-Gürcü-Amerika münasibətləri yenidən başladılmağa və sağlamlaşdırılmağa ehtiyac duyur, biz bunun üçün hər şeyi edəcəyik

 
Gürcü-Amerika münasibətləri yenidən başladılmağa və sağlamlaşdırılmağa ehtiyac duyur, biz bunun üçün hər şeyi edəcəyik-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.

Hökumət başçısı ümid edir ki, hamı münasibətlərin yenidən başladılması və sağlamlaşdırılmasının əhəmiyyətini düzgün başa düşəcək və addımlar da atılacaq. Gürcü-Amerika münasibətləri yenidən başladılmağa və sağlamlaşdırılmağa ehtiyac duyur.

“Bunun üçün hər şeyi edəcəyik. Həmçinin, əsas odur ki, cavab addımlarını görək. Söhbət təhdid dilindən gedirsə, bu yaxşı deyil, bu münasibətlərin sağlamlaşdırılmasına kömək etmir. Bundan irəli gələrək, ümid edirəm ki, hamı münasibətlərin yenidən başladılması və sağlamlaşdırılmasının əhəmiyyətini düzgün başa düşəcək və addımlar da atılacaq. Yadımdadır, yəqin ki, 2018-ci ildə və ya 2019-cu ildə konfranslardan biri keçirildi, bu konfrans şərtlərlə xarici yardımın göstərilməsi perspektivi ilə bağlı idi. O vaxtkı səfir İan Kelli belə bir açıqlama vermişdi ki, Amerika halında şərtlər o qədər də əhəmiyyət kəsb etmir, çünki Amerika yardımı əsasən “QHT”lər vasitəsilə həyata keçirilirdi. Buradan da özünüz nəticə çıxara bilərsiniz -məsələ “QHT”lərin maliyyələşdirilməsi ilə bağlı olduqda, mən bunu həqiqətən kömək adlandıra bilmərəm. O ki qaldı yollara, yolları nazirlik salır, bəzən kreditlər də olur, Amerika krediti daha azdır. Gürcü dövləti tərəfindən yollar vergilər hesabına səfərbər olunan vəsaitlə salınır. Vətəndaşlarımız vergi ödəyirlər və bu vergilər vasitəsilə ölkədə yollar salınır” – deyə baş nazir bildirib.