İrakli Kobaxidze - Qanunu dəstəkləyən və bununla Gürcüstanın milli maraqlarına, onun müstəqilliyinə və suverenliyinə sadiq qalan parlamentin hər bir üzvünə təşəkkür etmək istəyirəm
“Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyən və bununla Gürcüstanın milli maraqlarına, onun müstəqilliyinə və suverenliyinə sadiq qalan Gürcüstan Parlamentinin hər bir üzvünə təşəkkür etmək istəyirəm-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında deyib.
Kobaxidze, “Xarici təsirin şəffaflığı haqqında” qanunun Avropa İttifaqının əsas tövsiyəsinin – depolarizasiyanın həyata keçirilməsinə kömək edəcəyini bildirib.
“Qeyri-şəffaflıqdan yararlanan, Gürcüstanda inqilab təşkil etməyi, ikinci cəbhə açmağı və Gürcüstanı ukraynalaşdırmağı planlaşdıran qüvvələrin qəzəbi mənim üçün anlaşılandır. Bu gün onların ümidləri puç oldu, çünki xarici təsirin şəffaflığı bu cür ssenarini effektiv şəkildə sığortalayacaq.
“Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyən və bununla Gürcüstanın milli maraqlarına, onun müstəqilliyinə və suverenliyinə sadiq qalan Gürcüstan Parlamentinin hər bir üzvünə təşəkkür etmək istəyirəm.
“Xarici təsirin şəffaflığı haqqında” qanunun Avropa İttifaqının əsas tövsiyəsinin – depolarizasiyanın həyata keçirilməsinə kömək edəcəyi vurğulanmalıdır. Bundan əlavə, Gürcüstanın sakitləşməsi ölkənin demokratik təsisatlarının güclənməsini və sürətli iqtisadi artımı təşviq edəcək.
Bundan irəli gələrək, şəffaflıq haqqında qanun Gürcüstanın Avropa İttifaqına üzvlüyünü təmin etmək üçün daha yaxşı zəmin yaradacaq. Dəfələrlə qeyd edildiyi üzrə, 2030-cu il üçün Gürcüstan Avropa İttifaqına üzv olmağa bütün namizəd ölkələrdən daha yaxşı hazır olacaq və Gürcüstan ləyaqətlə, müstəqillik, azadlıq və suverenliyi ilə Avropa İttifaqına üzv ölkə olacaq” – İrakli Kobaxidze açıqlayıb.