İrakli Kobaxidze Fransa prezidentinin rəsmi qəbulunda iştirak edib
İrakli Kobaxidze Fransa prezidentinin rəsmi qəbulunda iştirak edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa prezidentinin Paris Yay Olimpiya Oyunlarında iştirak edən ölkələrin liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulunda iştirak edib.

Bu barədə Gürcüstan hökumətinin administrasiyanın mətbuat xidməti məlumat yayır.

Onların məlumatına görə, Emmanuel Makron həyat yoldaşı ilə birlikdə Yelisey sarayında dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini qəbul edib.