İrakli Kobaxidze - Əminik ki, yaxın günlərdə müxalifətin böyük hissəsi parlamentin fəaliyyətinə qoşulacaq
İrakli Kobaxidze - Əminik ki, yaxın günlərdə müxalifətin böyük hissəsi parlamentin fəaliyyətinə qoşulacaq

“Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidzenin bəyanatına görə, o əmindir ki, yaxın günlərdə müxalifətin böyük hissəsi parlamentin fəaliyyətinə qoşulacaq.

Kobaxidzenin dediyinə görə, müxalifət siyasi partiyalarına parlamentin fəaliyyətinə və siyasi proseslərə qoşulmaq üçün şans verilməlidir.

“Bugün çox önəmli bir gündür, onuncu çağırış parlamentinin ilk iclası keçirilir və dörd illik siyasi sikl başlayır. Əminik ki, yaxın günlərdə müxalifətin böyük hissəsi parlamentin fəaliyyətinə qoşulacaq. Əsas olan odur ki, sağlam və qeyri-sağlam siyasi partiyalar arasındaki fərq görülsün. Qeyri-sağlam siyasi partiyaların parlamentdə və gürcü siyasətində yeri olmamalıdır.  Sağlam siyasi partiyalara isə, parlamentin fəaliyyətinə və siyasi proseslərə qoşulmaq imkanı verilməlidir” – dedi İrakli Kobaxidze.