İrakli Kobaxidze - Dünən parlament iclasında müxalifətin olmadığına görə məsuliyyəti radikal müxalifət daşıyır
İrakli Kobaxidze - Dünən parlament iclasında müxalifətin olmadığına görə məsuliyyəti radikal müxalifət daşıyır

Dünən müxalifətin aktivistlərindən biri olan sabiq prezident Giorgi Marqvelaşvili çox təəcübləndirən bir fraza dedi. O qeyd etdi ki, indi seçkilərin saxtalaşdırılmadığı təsdiqlənsə də bir mənası yoxdur. Çünki krizisdir və seçkilər yenidən keçirilməlidir. Bax, radikal müxalifətin yaranan vəziyyətlə bağlı düşüncəsi və yanaşması budur, – bu bəyanatı  “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze verdi.

Onun dediyinə görə, hərkəs bilir ki, seçkilər saxtalaşdırılmayıb.

“Seçkilərdə ilk dəfə iştirak edən bir neçə partiya var idi və seçki məntəqələrində onların müşahidəçiləri yox idi, müvafiq olaraq da, seçkilərin saxtalaşdırılması ilə bağlı müəyyən şübhələri var idi. Radikal müxalifətə gəlincə isə, Gürcüstanda seçkilərin saxtalaşdırılmasının üstadı onlardır, hər yerdə müşahidəçiləri də var idi. Seçkilərin saxtalaşdırılmadığını da yaxşı bilirlər. Ona görə də, dünən parlamentin ilk iclasında müxalifət nümayəndələrinin olmamasına görə məsuliyyəti radikal müxalifət daşıyır.

Onlar demokratik prosesi sabotaj etməkdən başqa, fərqli mövqeyi olan müxalifət nümayəndələrini də şantaj edib, bulinq edirlər.

Belə siyasi partiyaların parlamentə yeri olmamalıdır. Ümid edirik ki, bu partiyalar parlamentə gəlməyəcəklər və onların yerini daha sağlam düşüncəli müxalifətçilər alacaqlar. Görək bu proses necə inkişaf edəcək” – dedi İrakli Kobaxidze.