İrakli Kobaxidze - Çin şirkəti tərəfindən tenderin qazanılması Anaklia layihəsinin ən yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verir, bu bizim həm məsuliyyətimiz, həm də marağımızdır
İrakli Kobaxidze - Çin şirkəti tərəfindən tenderin qazanılması Anaklia layihəsinin ən yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verir, bu bizim həm məsuliyyətimiz, həm də marağımızdır

 
Çin şirkəti ilə bağlı çoxlu spekulyasiya eşitdik. Bu, çox böyük təcrübəyə, o cümlədən bu tip layihələrin həyata keçirilməsində olduqca böyük təcrübəyə malik olan ən böyük Çin dövlət şirkətlərindən biridir, bu layihənin inkişafı ilə bağlı çox yaxşı müraciət təqdim etdilər – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə danışarkən deyib.

Hökumət başçısı, Çin şirkəti tərəfindən tenderin qazanılmasının Anaklia layihəsinin ən yüksək səviyyədə həyata keçiriləcəyinə zəmanət verdiyini bildirib.

“Bir zamanlar Anaklia ətrafında gedən proseslərdə iştirak edən siyasi opponentlərə gəlincə, xatırladaq ki, dövlət investor cəlb etmələri üçün fürsətin müddətini dəfələrlə uzadıb, ancaq illər ərzində bir dəfə belə olsun investor cəlb edə bilmədilər. Müvafiq olaraq, bu onların məsuliyyətidir, ancaq bu məsuliyyəti başqasının üzərinə yükləməyə çalışırlar. Bu layihəni inkişaf etdirmək bizim məsuliyyətimizdir.
Bu bizim marağımızdır. Bu limanın maksimal olaraq səmərəli fəaliyyət göstərməsi üçün Çin yüklərinə xüsusi önəm verildiyinə görə, bu layihənin Çin şirkətinin iştirakı ilə həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Spekulyasiyalar yersizdir, lakin biz görürük ki, bu spekulyasiyaları kim başlatdısa, şübhəli xarici mənbələrdən qrant maliyyəsi alır və müvafiq siyasətçilər və onların “QHT”ləri tərəfindən aparılan Çin əleyhinə kampaniya məhz bununla diktə edilir.

Bu illər ərzində cəlb edə bildikləri investorun adını çəksinlər, bir investor belə cəlb edə bilmədilər. Belə şəraitdə onların mane törədilməsi haqda söz-söhbəti tamamilə spekulyasiyadır. Bu layihənin həyata keçirilməsinə nəinki mane olduq, hətta investorların cəlb edilməsini onlar üçün asanlaşdırmaq məqsədilə Anaklia layihəsini konstitusiyaya belə daxil etdik, ancaq konstitusiya şərti şəraitində belə, onlar bir dənə belə olsun investoru maraqlandıra bilmədilər, çünki onların real olaraq limanı inkişaf etdirmək marağı deyil, ehtimal ki, korrupsiya maraqları var idi”-deyə baş nazir açıqlayıb.