İrakli Kobaxidze - Ali nümayəndəlik orqanı gürcü xalqının iradəsinə müvafiq şəkildə hərəkət etdi, suverenliyi möhkəmləndirmək üçün olduqca mühüm hüquqi əsas yaratdı
İrakli Kobaxidze - Ali nümayəndəlik orqanı gürcü xalqının iradəsinə müvafiq şəkildə hərəkət etdi, suverenliyi möhkəmləndirmək üçün olduqca mühüm hüquqi əsas yaratdı

 
Gürcü xalqı tərəfindən seçilən və yalnız gürcü xalqı qarşısında cavabdeh olan ölkənin ali nümayəndəlik orqanı məhz gürcü xalqının iradəsinə müvafiq şəkildə hərəkət etdi və Gürcüstanın dövlət suverenliyinin möhkəmləndirilməsi üçün olduqca mühüm hüquqi əsas yaratdı- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında deyib.

O, Gürcüstan əhalisinin 80 faizindən çoxunun xarici təsirin şəffaflığını dəstəklədiyini, əcnəbilərin tənqidi fonunda əhalinin 60 faizindən çoxunun isə “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəstəyini bildirdiyini qeyd edib.

“Gürcüstanın Parlamenti tərəfindən vetonun dəf edilməsinə və “Xarici təsirin şəffaflığı haqqında” qanunun son olaraq qəbul edilməsinə münasibət bildirmək istərdim. Gürcü xalqı tərəfindən seçilən və yalnız gürcü xalqı qarşısında cavabdeh olan ölkənin ali nümayəndəlik orqanı məhz gürcü xalqının iradəsinə müvafiq şəkildə hərəkət etdi və Gürcüstanın dövlət suverenliyinin möhkəmləndirilməsi üçün olduqca mühüm hüquqi əsas yaratdı. Dəfələrlə qeyd edildiyi kimi, Gürcüstan əhalisinin 80 faizindən çoxu xarici təsirin şəffaflığını dəstəkləyir, əcnəbilərin tənqidi fonunda əhalinin 60 faizindən çoxu isə “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəstəyini bildirir. Ötən günlərdə qanuna qarşı heç bir arqumentin olmadığı bir daha təsdiqləndi. Salome Zurabişvilinin Gürcüstan Parlamentindəki nümayəndəsinin zəif vəziyyəti bu faktın daha bir danılmaz təsdiqi idi. Xatırladım ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun yalnız bir şeyi – ildə bir dəfə xarici qüvvənin maraqlarını həyata keçirən təşkilatlar tərəfindən maliyyə bəyannaməsinin dərc edilməsini nəzərdə tutur. Bu cür qanuna qarşı nəsə arqumentin olması imkansızdır”- deyə baş nazir qeyd edib.

Parlament “Xarici təsirin şəffaflığı” qanununa prezidentin qoyduğu vetonu dəf edib.