Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət qurumlarında dövlət qulluqçuları ilə görüşləri davam etdirir.
Hökumət başçısı bu gün Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşüb.
Hökumət Administrasiyasının məlumatında, baş nazirin qurumun Gürcüstan dövlətçiliyinin gücləndirilməsində mühüm rolunu vurğuladığı və nazirə, nazirliyin hər bir əməkdaşına fəaliyyətinə görə təşəkkür etdiyi deyilir.
Hökumət Administrasiyasının məlumatında, İrakli Kobaxidzenin çıxışı zamanı Gürcüstan hökuməti tərəfindən atılmış addımlara və dövlət institutlarının gücləndirilməsi baxımından əldə olunmuş irəliləyişə, eləcə də ölkədə planlaşdırılan böyük infrastruktur və investisiya layihələrinə, gələcək planlara və yeni hökumət proqramının əsas prioritetlərinə diqqət yetirdiyi qeyd olunub.
“Həmçinin, hökumət başçısı Ədliyyə Nazirliyinin əməkdaşlarına son dövrlərdə ölkədə inkişaf etmiş siyasi proseslərdən danışıb və ölkə üçün aktual məsələlərin sağlam müzakirəsinə töhfə verəcək siyasi qütbləşmənin azaldılmasının vacibliyini vurğulayıb. Baş nazirin Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşü sual-cavab formatında keçirilib. Gürcüstan hökumətinin başçısı xarici işlər, iqtisadiyyat və davamlı inkişaf nazirliklərinin əməkdaşları ilə analoji görüşləri artıq keçirib”- Hökumət Administrasiyası tərəfindən yayılmış məlumatda deyilir.