İrakli Ğaribaşvili - türk xalqının yanındayıq və hər cür köməklik göstərməyə hazırıq
İrakli Ğaribaşvili - türk xalqının yanındayıq və hər cür köməklik göstərməyə hazırıq

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, hökumətə və türk xalqına Kahramanmaraşda baş verən zəlzələ nəticəsində həlak olmuş insanlarla bağlı başsağlığı verir.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan türk xalqının yanındadır və hər cür köməklik göstərməyə hazırdır.

“Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanlara görə türk xalqına, Türkiyə Respublikası hökumətinə və Prezident Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığımı ifadə etmək istəyirəm. Yaralıların tezliklə sağalmasını arzulayıram.

Türk xalqının yanındayıq və onlara lazım olan hər cür köməklik göstərməyə hazırıq” – deyə Baş nazir qeyd edir.

Türkiyədə son məlumatlara görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2 323 nəfər yaralanıb. Təbii fəlakət ölkənin cənub-şərqində yerləşən 10-dan çox şəhərə ziyan vurub. Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ordu səfərbər olunub.