İrakli Ğaribaşvili Niderland Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Meline Arakeliyanla görüşüb
“Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Niderland Krallığının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Meline Arakeliyanla görüşüb.
“Gürcü Arzusu”nun mərkəzi ofisində keçirilən görüşdə Gürcüstan və Niderland Krallığı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Görüş çərçivəsində Gürcüstanın Avropaya inteqrasiya prosesinə xüsusi diqqət yetirilib. Partiya sədri bu istiqamətdə atılan addımlar barədə səfiri məlumatlandırıb.
Partiyanın sədri Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin dekabr ayında Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsində dəstəyə görə Niderland tərəfinə təşəkkür edib.
Görüşdə Gürcüstanda cari siyasi proseslərlə bağlı müzakirə aparıblar.
Məlumatı “Gürcü Arzusu” yayır.