İrakli Ğaribaşvili - xalqımız, etdiyimiz və ya etməyi istədiyimiz hər şeyin dünya praktikasına və tendensiyalarına uyğun olduğunu vaxt keçdikcə daha çox görəcək
İrakli Ğaribaşvili - xalqımız, etdiyimiz və ya etməyi istədiyimiz hər şeyin dünya praktikasına və tendensiyalarına uyğun olduğunu vaxt keçdikcə daha çox görəcək

 
Xalqımız, etdiyimiz və ya etməyi istədiyimiz hər şeyin bu gün bütün Avropada və dünyada inkişaf edən dünya praktikası, tendensiyalara uyğun olduğunu vaxt keçdikcə daha çox görəcək və görür-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili açıqlayıb.

İrakli Ğaribaşviliyə Amerikanın FARA-sının Avropa analoqunun yaradılmasının labüd olduğunu bildirən “Avropa Xalq Partiyası” qrupunun üzvlərinin təşəbbüsü ilə bağlı sual ünvanlanıb.

“Bu, ikili standartdır. Xalqımız, etdiyimiz və ya etməyi istədiyimiz hər şeyin bu gün bütün Avropada və dünyada inkişaf edən dünya praktikası, tendensiyalara uyğun olduğunu vaxt keçdikcə daha çox görəcək və görür. Siz “EPP”nin Amerika qanunları ilə bağlı olan təşəbbüsünə, Avropa İttifaqı üçün məcburi olacaq FARA-nın analoqunun qəbuluna toxundunuz. Təbii ki, biz bu prosesi, bu təşəbbüsün müzakirəsini diqqətlə izləyəcəyik və təbii ki, bundan sonra öz qiymətlərimizi verəcəyik”- deyə İrakli Ğaribaşvili açıqlayıb.