“Gürcü Arzusu” partiyasının sədri İrakli Ğaribaşvili İsrailin səfiri Hadas Meitsad ilə görüşüb.
“Gürcü Arzusu”nun verdiyi məlumata əsasən, partiyanın mərkəzi ofisində keçirilən görüşdə iki ölkənin sıx siyasi münasibətlərinin əsaslandığı xalqlar arasında tarixi dostluğa diqqət yetirilib. Həmçinin, müxtəlif sahələrdə İsrail-Gürcüstan tərəfdaşlığının məsələləri, gələcək perspektivlər müzakirə edilib.
“Partiyanın sədri 2023-cü ilin oktyabrın 7-də İsrail dövlətinə və vətəndaşlarına qarşı törədilmiş terror hücumu ilə əlaqədar diplomatla bir daha həmrəyliyini ifadə edib.
Görüşdə Gürcüstandakı mövcud vəziyyət, eləcə də region və dünyadakı cari hadisələrdən danışıblar”- “Gürcü Arzusu” partiyası tərəfindən yayılmış məlumatda qeyd olunub.