İrakli Ğaribaşvili - İndi özünü ələ almaq, sakitləşmək və sivil şəkildə fikir ifadə etmək lazımdır, partiyalar nəsə etmək istəyirlərsə, seçkilərə hazırlaşsınlar
Partiyalar nəsə etmək istəyirlərsə hazırlaşsınlar və seçkilərdə iştirak etsinlər – bu haqda “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili deyib.
O, istənilən zorakılığın qınanılması gərəkdiyini bildirib.
“Mən zorakılıqla razılaşmıram. Ümumiyyətlə, “Milli Hərəkat”ın ölkədə hələ də əsas zorakı təşkilat olmasına baxmayaraq, ölkədə belə faktları görmək xoş deyil. Fikrimcə, indi cəmiyyətə sükut lazımdır, vəziyyət sakitləşməlidir. Partiyalar nəsə etmək istəyirlərsə hazırlaşsınlar və seçkilərdə iştirak etsinlər. Təəssüf ki, ölkədə olan bu gərgin mühiti, bu qütbləşməni görmək xoş deyil. İndi özünü ələ almaq, sakitləşmək və sivil şəkildə fikir ifadə etmək, müzakirə lazımdır. Əgər bu insanlar həqiqətən də Avropa və nəyisə dəyişmək istəyirlərsə, ilk növbədə öz münasibət, ritorikasını dəyişməlidirlər. Seçkilərə hazırlaşsınlar”- Ğaribaşvili açıqlayıb.