İrakli Ğaribaşvili buğda və arpa ixracının müvəqqəti qadağan edilməsi haqqında sərəncam imzalayıb
İrakli Ğaribaşvili buğda və arpa ixracının müvəqqəti qadağan edilməsi haqqında sərəncam imzalayıb

 
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili buğda və arpa ixracının qadağan edilməsi haqqında sərəncam imzalayıb.

Hökumətin sərəncamında da qeyd olunduğu üzrə, qərar dünyada yaranmış ərzaq təhlükəsizliyi problemindən dolayı verilib.

” Dünyada Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış ərzaq təhlükəsizliyi problemlərindən irəli gələrək, 2023-cü ilin iyulun 1-dək Gürcüstandan buğda və arpa ixracı qadağan edilsin. Sərəncam imzalandığı andan qüvvəyə minir və 2022-ci ilin iyulun 4-dən yaranacaq münasibətlərə şamil edilir”- deyə hökumətin sərəncamında deyilir.

Şərh yaz