İrakli Ğaribaşvili - Ana dilimiz identliyimizin və dövlətçiliyimizin əsasıdır
İrakli Ğaribaşvili - Ana dilimiz identliyimizin və dövlətçiliyimizin əsasıdır

Ana dilimiz identliyimizin və dövlətçiliyimizin əsasıdır, – bu sözləri Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ana dili günü ilə bağlı sosiyal şəbəkədə yazır.

“1978-ci ilin aprelin 14-də, Gürcüstan küçələrinə çıxan minlərlə insan tərəfindən ana dilimizin qorunması, eyni zamanda ölkənin azadlığa doğru çırpınışının göstərgəsidir.

Gürcü milləti ana dilinin dövlət statusunun əlindən alınma təhlükəsinə görə, Sovet iqtidarına qarşı çıxdı. Bu Gürcüstan tarixində ilk dinc etiraz aksiyası idi və rejim millətin tələbini qəbul etməyə məcbur oldu. Bu qələbə gürcü dilinin konstitusiyonal statusunu qorumaqdan başqa, ölkədə milli hərəkatın başlamasına yol açdı.

Bu gün o presedentsiz vətəndaşlıq qəhramanlığının iştirakçılarına təşəkkür edirəm və demək istəyirəm ki, dövlət dili ilə bağlı bu günki iqtidarın məsuliyyətini də dərk edirik. Bütün vətəndaşlarımıza gürcü dilini öyrənmək üçün yardım etməliyik ki, birlikdə bu unikal dilimizə müasir dünya mədəniyyətində gərəkli yer verilsin” – dedi İrakli Ğaribaşvili.