İrakli Çikovani və general-mayor Giorgi Matiaşvili Müdafiə Qüvvələrinə məxsus Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə olub
İrakli Çikovani və general-mayor Giorgi Matiaşvili Müdafiə Qüvvələrinə məxsus Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə olub

Müdafiə Qüvvələrinə məxsus Su-25 təyyarəsinin qəzaya uğradığı yerdə gecə boyu bir neçə hektar sahədə əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Agentliyin məlumatına görə, qəza yerində Gürcüstanın müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili olub.

“Faciəli hadisənin tam araşdırılması üçün müvafiq xidmətlər tərəfindən bütün zəruri prosedurlar həyata keçirilir. Bu mərhələdə təyyarənin hissələri müəyyən edilib və qara qutu tapılıb. Ölən pilotun meyiti morqa aparılıb.
Hadisə ilə bağlı hərbi hava gəmisinin uçuşu zamanı təhlükəsizlik qaydalarını pozma faktı üzrə 401-ci maddə ilə iş başlanıb. İstintaq Baş Prokurorluğun prosessual nəzarəti altında hərbi polis tərəfindən aparılır.

İlkin araşdırmaya görə, uçuşdan əvvəl təyyarə texniki sənədlərin tələblərinə uyğun olaraq tam yoxlanılıb. Həmçinin uçuşqabağı hazırlıq keçirilib və reqlamentdə nəzərdə tutulmuş bütün prosedurlara əməl olunub.

Müdafiə Nazirliyi Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu polkovnik-leytenant Kaxaber Zurabaşvilinin vəfatından bir daha dərin hüznlə kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir. – Müdafiə Nazirliyinin bəyanatında deyilir.