İrakli Çikovani Muxrovanidə Xüsusi Əməliyyat Qüvvələri Komandanlığını, Maxata dağında isə Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının bölmələrini ziyarət edib
İrakli Çikovani Muxrovanidə Xüsusi Əməliyyat Qüvvələri Komandanlığını, Maxata dağında isə Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının bölmələrini ziyarət edib

 
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Muxrovanidə Xüsusi Əməliyyat Qüvvələri Komandanlığını, Maxata dağında isə Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının bölmələrini ziyarət edib. Bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

“Nazir müdafiə qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və müdafiə qüvvələrinin digər rəhbər şəxsləri ilə birlikdə hərbi bazalarda olub.

İrakli Çikovani Muxrovanidə Xüsusi Əməliyyat Qüvvələri Komandanlığında davam edən genişmiqyaslı infrastruktur işlərinə baxış keçirib. Xüsusi əməliyyat komandanlığının və təlim mərkəzinin qərargahlarının binalarında, xüsusi əməliyyat, xüsusi təyinatlı məktəb, reyncerlər məktəbinin və təminat yüzlüyünün binalarında, reyncerlər və xüsusi əməliyyat batalyonunun kazarmalarında, eləcə də yeməkxana, müalicə məntəqəsi və digər yardımçı tikililərdə işlər aparılır.

Müdafiə nazirinin qeyd etdiyi kimi, misilsiz infrastruktur işləri başa çatdıqdan sonra müdafiə qüvvələri daha yüksək effektiv müdafiə qabiliyyəti üçün lazım olan zəruri infrastrukturla tam təmin olunacaq.

Nazir Muxrovani bazasında Xüsusi Əməliyyat Komandanlığının silah və texnika nümunələri ilə də tanış olub. Sərbəst düşmə və statik xəttlə paraşütlə tullanma, həmçinin snayper və quru xüsusi təyinatlı avadanlıqlar ərazidə nümayiş etdirilib. Həmçinin, İrakli Çikovani Muxrovanidə baza ərazisindəki kilsəyə baş çəkib və hərbi keşişlə söhbət edib.

Müdafiə naziri Muxrovani bazasından sonra Maxata dağında Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının bölmələrində infrastruktur işlərinə baxış keçirib. İşlər dörd yaşayış kazarması, üç batalyon qərargahı, komandanlıq və briqada qərargahlarında, idman zalı, tədris sinifləri binasında, müalicə məntəqəsi, nəzarət-buraxılış məntəqəsi və yeməkxanada aparılır” – Müdafiə Nazirliyinin məlumatında deyilir.