İrakli Çikovani - Müdafiə qabiliyyətini gücləndirmək üçün ildən-ilə daha çox resurs sərf edirik
İrakli Çikovani - Müdafiə qabiliyyətini gücləndirmək üçün ildən-ilə daha çox resurs sərf edirik

 
Müdafiə büdcəsinin 100 milyon artırılması ilə əlaqədar vitse-baş nazir Gürcüstanın müdafiə naziri, “Gürcü Arzusu” üçün müdafiə istiqamətinin prioritet olduğunu bildirib.

“Müdafiə qabiliyyətini gücləndirmək və müdafiə qüvvələrinin komandirlərinin sosial şəraitini yaxşılaşdırmaq üçün ildən-ilə daha çox resurs sərf etməyimiz bunun ifadəsidir” – İrakli Çikovani qeyd edib.

Müdafiə nazirinin izah etdiyi kimi, ilk növbədə, resurs müdafiə qabiliyyətinin imkanlarının, konkret hissəsi isə sosial siyasət nöqteyi-nəzərindən gücləndirilməsinə yönəldiləcək.

Nazir, artırılmış büdcənin eləcə də müdafiə qurumunda mövcud mühüm layihə və uzunmüddətli planlara yönəldildiyini, baş nazir və Gürcüstan hökuməti ilə bunun üzərində intensiv işlədiyini bildirib.

“Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsini, əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasına resursların yönəldilməsinin vacibliyini çox yaxşı başa düşən komanda ilə işləmək mənim üçün xoşdur. 2025-ci il və daha uzunmüddətli dövrlə bağlı müəyyən yeniliklər olacaq” – deyə İrakli Çikovani bildirib.