İrakli Çikovani Didqori Memorialı yaxınlığında çavuşları peşə günü münasibətilə təbrik edib
İrakli Çikovani Didqori Memorialı yaxınlığında çavuşları peşə günü münasibətilə təbrik edib

 
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Didqori Memorialı yaxınlığında Çavuşlar Korpusunun nümayəndələrini peşə günü münasibətilə təbrik edib. İrakli Çikovani çavuşların mühüm rolundan danışıb, onlara müdafiə qüvvələrinin inkişafındakı xidmətlərinə, peşəkarlıq və fədakarlıqlarına görə təşəkkür edib.

“Müdafiə Qüvvələrinin yüksək döyüş hazırlığının təmin edilməsində Çavuş Korpusu mühüm rol oynayıb. Məhz bu səbəbdən sizə böyük inam var və bizim hər birimiz üçün ümidsiniz” – Çikovani qeyd edib.

Müdafiə naziri dövlət və qurum adından çavuşlara imkanlarının gücləndirilməsi və şəraitin daha da yaxşılaşdırılması baxımından dəstək olacağını bildirib. Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili şəxsi heyət qarşısında çıxış edərək onlara uğurlar arzulayıb.

Peşə günü ilə əlaqədar uğurlu çavuşlar idarənin “Vətən üçün fədakarlıq” və “Qiorqi Ancuxelidze” medalları ilə təltif ediliblər, bəzilərinə isə xatirə hədiyyələri verilib.

Tədbirdə müdafiə nazirinin müavinləri, Müdafiə Nazirliyinin rəhbər şəxsləri və “Ordu düşərgəsi”ndə iştirak edən məktəb şagirdləri iştirak ediblər.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Gürcüstanda serjantların müqaviləli peşə institutunun əsasının qoyulması 2002-ci ildən başlayıb, iyunun 25-i isə serjantlar korpusu günü kimi təsis edilib.