İrakli Çikovani Azərbaycana rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı ilə görüşəcək
İrakli Çikovani Azərbaycana rəsmi səfəri çərçivəsində azərbaycanlı həmkarı ilə görüşəcək

 
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda, Azərbaycanın Müdafiə Nazirliyində Gürcüstanın müdafiə nazirinin rəsmi qarşılanma mərasiminin keçirilməsinin planlaşdırıldığı deyilir.

Gürcüstan və Azərbaycanın müdafiə nazirləri təkbətək görüş keçirəcəklər. Daha sonra isə müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini geniş tərkibdə müzakirə edəcəklər.

Rəsmi görüşlərdən əvvəl müdafiə naziri Bakıda “Fəxri xiyaban”da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və onun həyat yoldaşı, akademik Zərifə Əliyevanın xatirəsini yad edərək, məzarları önünə əklil qoyub.

Həmçinin, İrakli Çikovani nümayəndə heyətinin müşayiəti ilə qəhrəmanların memorial kompleksinə gül dəstəsi qoyub, eləcə də “Əbədi məşəl” memorialı yaxınlığında həlak olanların xatirəsini yad edib.