Irakli Burduladze - "Sentr Point" tərəfindən zərər çəkən 4 000-ə qədər ailə mənzilləri üç il ərzində alacaqlar
Irakli Burduladze - "Sentr Point" tərəfindən zərər çəkən 4 000-ə qədər ailə mənzilləri üç il ərzində alacaqlar

M2-nin baş direktoru, İrakli Burduladzenin bəyanatına görə, “Sentr Point” tərəfindən ilkin şərtlərin yerinə yetirilməsi təqdirində, M2 şirkəti tikintini həyata keçirəcək və mənzili hər bir zərərçəkən ailə alacaq. Onun dediyinə görə, “Sentr Point” şirkətinin layihəni yerinə yetirməsi üçün 6 aylıq müddəti var. Şərtlərdən biri, torpaq sahələrinin ayrılmasıdır. “Təxminən 4 000 ailə, 3 il ərzində mərhələ şəklində məzil ilə təmin ediləcəkdir. Bu mənzilləri “Sentr Point” uzun müddət bundan əvvəl onlara verməli idi. İlkin şərtlər çoxlu və spesifikdir. Şərtlərdən biri, torpaq sahələrinin ayrılmasıdır”, – M2-nin baş direktoru bəyan etdi. İrakli Burduladzenin bəyan etdiyinə görə, qeyd olunan sövdələşmə nəticəsində M2 ciddi uduş görməyəcək və layihənin başa çatdırılması üçün əlavə xərclərin lazım gəlməsi mümkündür. Onun dediyinə görə, problemin həll olunması şirkət üçün önəmlidir.