“İnstagram” Türkiyədə bloklanıb
“İnstagram” Türkiyədə bloklanıb

Türkiyədə “İnstagram” sosial şəbəkəsi bloklanıb.

Türkiyə mətbuatı bu qərarı Türkiyənin Texnologiya və Kommunikasiya Departamentinin verdiyini yazır.

Qərarın səbəbi agentliyin rəsmi saytında açıqlanmır. Məhdudiyyətin nə qədər davam edəcəyi barədə də məlumat yoxdur.

Bundan əvvəl Türkiyə prezidentinin rabitə xidmətinin rəhbəri Fəxrəddin Altun “İnstagram” rəhbərliyinin “HƏMAS”ın lideri İsmayıl Haniyənin qətli ilə bağlı başsağlığı məktubunun yayılmasını tənqid edib. “Instagram”da məhdudlaşdırılıb. Altunun sözlərinə görə, “İnstagram” senzuraya cəhd edir.