İmereti dairə administrasiyasında "NamaxvanSES" məsələsi üzrə görüş keçirilir
İmereti dairə administrasiyasında "NamaxvanSES" məsələsi üzrə görüş keçirilir

İmereti dairə administrasiyasında “NamaxvanSES”-ə qarşı aksiya təşkilatşıları və hökumət administrasiyası nümayəndələri, qubernatərlar və deputatlar arasında görüş keçirilir.

Görüş qapalı rejimdə aparılır. Təşkilatçıların bəyan etdiyinə görə, görüşdə media nümayəndələri iştirak etməyəcəklər, lakin onların video çəkilişə imkanları olacaq.

Görüşdə “NamaxvanSES”-ə qarşı aksiya təşkilatşıları Maka Suladze, Marita Muselini, Varlam Quletiani və Mirza Nozadze iştirak edirlər.

Aksiya iştirakçıları ilə görüşdə komitə sədri Sozar Subari, deputatlar Qivi Çiçinadze, Zaza Lominadze, Bejan Tsakadze, Qoça Enukidze, çoxluğun üzvü Dimitri Samxaradze və Qoderdze Çankseliani iştirak edirlər.

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin tapşırığı ilə hökumət administrasiyasının bölgələrlə əlaqələr departamentinin rəhbəri, Leri Barnabişvili, qubernatorlar Zviad Şalamberidze və Parmen Marqveladze Kutaisiddədilər.

Danışıqlara paralel olaraq, İmereti dairə administrasiyası binası qarşısında “NamaxvanSES”-ə qarşı çıxanların aksiyası keçirilir. Onların dediyinə görə, danışıqların başa çatmasına qədər orada olacaqlar.