İliya Çacçavadzenin 180 illik yubiley tarixinin qeyd olunması ilə əlaqədar "İveriyanın" xüsusi nəşri çap olundu
İliya Çacçavadzenin 180 illik yubiley tarixinin qeyd olunması ilə əlaqədar "İveriyanın" xüsusi nəşri çap olundu

İliya Çavçavadzenin 180 illik yubiley tarixinin qeyd olunması ilə əlaqədar “İveriyanın” xüsusi nəşri, 1909-ci il 6 iyul tarixli nömrəsinin bir səhifəsi çap olundu.

Xüsusi nəşri bu gün Tbilisi Meriyasının Təhsil, İdman və Gənclərlə iş üzrə Xidmətinin rəisi İrakli Qvilava və Nəqliyyat Şirkərinin əməkdaşları metropoliten və munisipal avtobus sərnişinlərinə payladılar.

“İveriya” qəzeti Tbilisidə ilk dəfə 1877-ci il martın 3-də çıxdı. Bu əsas siyasi-ədəbi müntəzəm nəşri idi. Onun təsisçisi İliya Çavçavadze idi.

1879-1885-ci illərdə “İveriya” jurnal şəklində çıxırdı, 1886-cı ildən isə hərgünlük qəzetə çevirildi.

“İveriya” gürcü xalqının milli düşüncəsinin yüksəldilməsi işinə xidmət göstərirdi və sosial-iqtisadi və mədəni həyatı, eləcə də redaktor və onun əməkdaşlarının maarifləndirici ideyalarını əks etdirirdi.

Qəzet Gürcüstanda fəhlələr hərəkatı məsələlərini  və xarici ölkələrdə tarix, etnoalimlər, etnoqrafiya, coğrafiya, sosiologiya məsələrini işıqlandırırdı.

İliya Çavçavadze “daxili icmal” publisist janrını tədbiq etdi. Bu da xalqın və ölkənin gündəlik həyatının əsas və həyati problemlərini, onların həlli yollarını geniş ve əhatəli əks edirirdi. Milli təhsil məsələlərinə, məktəblərə, şagirdlərə, təhsil sahəsində hökumətin siyasətinə və tərbiyə sisteminə xüsusi yer ayrılırdı.

 

Gürcü yazıçılığının inkişafında “İveriyanın”  rolu mühüm idi. Başqa başqa vaxtları qəzetdı böyük gürcü şairləri, Akaki Sereteli, Yakob Qoqebaşvili, Vaja-Pşavela, Aleksandre Kazbeqi, Niko Lomouri, Ekaterine Qabaşvili, Soprom Mqaloblişvili və başqalarının yazıları dərc olunmuşdur.

2017-ci il İliya Çavçavadzenin yubiley ildir. Onun dünyaya gəlməsinin 180 ili qeyd olunur, qətlə yetirilməsindən isə 110 il tamam oldu