İlia Darçiaşvili və polşalı həmkarı Zbiqnev Raus arasında telefon danışığı baş tutub
İlia Darçiaşvili və polşalı həmkarı Zbiqnev Raus arasında telefon danışığı baş tutub

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə polşalı həmkarı Zbiqnev Raus arasında telefon danışığı baş tutub.

Bu barədə XİN rəhbəri sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, Gürcüstanın Avropaya inteqrasiya gündəliyi və təhlükəsizlik məsələləri söhbətin mövzusu olub.

“Polşanın xarici işlər naziri Zbiqnev Raus ilə telefon danışığı apardım. Gürcüstanın Avropa istəklərindən və bu yolda atılacaq gələcək addımlardan danışdıq. Həmçinin ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələlərini və Polşanın ATƏT-ə sədrliyini müzakirə etdik” –deyə Darçiaşvili özünün “Twitter” səhifəsində yazır.