İlia Darçiaşvili Macarıstanın xarici işlər naziri ilə görüşüb
İlia Darçiaşvili Macarıstanın xarici işlər naziri ilə görüşüb

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili BMT Baş Assambleyası çərçivəsində Macarıstanın xarici işlər naziri Piter Siarto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verilən məlumatda bildirilir ki, nazirlər regiondakı mövcud çağırışları, eləcə də Gürcüstanın məqsəd və məramlarının effektiv həyata keçirilməsi prosesində xüsusi əhəmiyyət kəsb edən ölkələr arasında kommunikasiyanın aktiv dinamikasını qeyd ediblər.

“Bu baxımdan, Macarıstan tərəfi bir daha Gürcüstana praktiki nöqteyi-nəzərdən Avropaya inteqrasiya yolunda kömək etməyə hazır olduğunu bildirib. Macarıstan tərəfi ölkənin Avropaya inteqrasiya məqsədinin həyata keçirilməsi yolunda Gürcüstana güclü dəstəyini bir daha təsdiqləyib” – deyə Gürcüstan XİN-in məlumatında qeyd olunur.

XİN-dən verilən məlumatda nazirlərin beynəlxalq formatlarda əməkdaşlıq məsələlərini də müzakirə etdikləri deyilir.

Şərh yaz