İqlim aktivistləri Frankfurt Hava Limanında uçuş-enmə zolaqları yaxınlığında aksiya keçirirlər, uçuşlar müvəqqəti olaraq dayandırılıb
İqlim aktivistləri Frankfurt Hava Limanında uçuş-enmə zolaqları yaxınlığında aksiya keçirirlər, uçuşlar müvəqqəti olaraq dayandırılıb

 
Frankfurt Hava Limanı uçuşları müvəqqəti olaraq dayandırıb. Buna səbəb iqlim aktivistlərinin etiraz aksiyası olub. Nümayişçilər uçuş-enmə zolağına toplaşıblar. Məlumatı “Reuters” yayır.

Hava limanı tərəfindən yayılmış bəyanatda sərnişinləri hava limanına gəlməməyə və uçuşların statusunu yoxlamağa çağırırlar.

İqlim aktivistləri, altı etirazçının hasarı aşdığını və Frankfurt Hava Limanının uçuş-enmə zolağına daxil olduğunu bildiriblər. Etirazçılar əllərində “neft öldürür” sözləri yazılmış plakatlar tutublar.

Aktivistlər Almaniya hökumətinin 2030-cu ilə qədər neft, qaz və kömür istehlakının mərhələli şəkildə qadağan olunması haqda qlobal sazişin formalaşmasına və imzalanmasına kömək etməsini tələb edirlər.