İens Stoltenberq - Gürcüstan parlamenti tərəfindən qanun layihəsindən imtina edilməsini alqışlayıram, siyasi liderləri zəruri islahatlar üzərində birgə işləməyə çağırıram
İens Stoltenberq - Gürcüstan parlamenti tərəfindən qanun layihəsindən imtina edilməsini alqışlayıram, siyasi liderləri zəruri islahatlar üzərində birgə işləməyə çağırıram

 

NATO-nun baş katibi İens Stoltenberq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsindən imtina edilməsi qərarını alqışladığını bildirir.

Stoltenberqin 2022-ci ilin yekun hesabatını təqdim edərkən suala cavabında açıqladığı kimi, Gürcüstanın siyasi liderlərini zəruri islahatlar üzərində birgə işləməyə çağırır.

“Gürcüstan parlamentinin xarici agentlər və ya təsir haqqında qanun layihəsini geri çəkmək və ya ondan imtina edilməsi qərarını alqışlayıram, çünki bu, Avro-Atlantik dəyərlər və fundamental azadlığın müdafiəsi ilə uyğunsuzdur. Beləliklə, təşəbbüsün geri çəkilməsini və parlamentin onu dəstəkləməməsini alqışlayıram. Gürcüstanın siyasi liderlərini zəruri islahatlar üzərində birgə işləməyə çağırıram və təbii ki, NATO da Gürcüstan hökuməti ilə bu islahatları həyata keçirmək, demokratik təsisatları, demokratik nəzarəti, təhlükəsizlik xidmətini gücləndirmək və korrupsiyanı məğlub etmək üçün birlikdə işləyir. Gürcü xalqı açıq şəkildə Gürcüstanın demokratik tərəqqisini və Avro-Atlantik regiona inteqrasiyasını istədiyini ifadə etdi. NATO bu istəklərdə tərəfdaş olmaqda davam edir”-deyə İens Stoltenberq qeyd edib.