Hindistanda torpaq sürüşməsi 40-dan çox insanın həyatına son qoyub
Hindistanda torpaq sürüşməsi 40-dan çox insanın həyatına son qoyub

 
Hindistanda Kerala ştatında torpaq sürüşməsi 40-dan çox insanın həyatına son qoyub, onlarla insan yaralanıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatında, yaralananların sayının 70-i ötdüyü deyilir.

Fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Sürüşmə bölgənin əsas körpüsünü aparıb, bu da axtarış işlərini çətinləşdirir. Körpü təbii fəlakət zonasını ən yaxın şəhərlə birləşdirirdi.

Müvəqqəti körpü tikmək üçün ordu səfərbər olunub.