Həsən Nəsrullah - İsrail qırmızı xətti keçdi, indi Qəzzanı dəstəkləyən bütün cəbhələrdə qəzəb və qisas gözləməlidir
Həsən Nəsrullah - İsrail qırmızı xətti keçdi, indi Qəzzanı dəstəkləyən bütün cəbhələrdə qəzəb və qisas gözləməlidir

 
İsrail qırmızı xətti keçdi, indi Qəzzanı dəstəkləyən bütün cəbhələrdə qəzəb və qisas gözləməlidir – bu haqda Livanın “Hizbullah” qruplaşmasının baş katibi Həsən Nəsrullah bəyan edib.

“Hizbullah”ın lideri, İsraillə müharibənin yeni mərhələyə daxil olduğunu və İsrailin cavabın haradan gələcəyini bilmədiyini deyib.

Həsən Nəsrullah “HƏMAS” və “Hizbullah”a hərbi təzyiqin onların təslim olmasına səbəb olmayacağını qeyd edib.

“Benyamin Netanyahunun istəyi odur ki, “HƏMAS” desin : “Gəlin, girovlar buradadır və silahlar buradadır”. Bu baş verməyəcək. Biz nə Qəzzada, nə Livanda, nə də Yəməndə təslim olacağıq. Livan cəbhəsində müharibəyə son qoymağın yeganə yolu İsrailin Qəzzaya təcavüzünü dayandırmasıdır” – “Hizbullah”ın lideri bildirib.