Həkim, Co Baydenin "Covid-19" sürətli testinin cavabının mənfi çıxdığını və prezidentin artıq simptomları da göstərmədiyini bildirir
Həkim, Co Baydenin "Covid-19" sürətli testinin cavabının mənfi çıxdığını və prezidentin artıq simptomları da göstərmədiyini bildirir

 
ABŞ Prezidenti Co Baydenin həkimi Kevin O’Konor, prezidentin “Covid-19” sürətli testinin cavabının mənfi çıxdığını və prezidentin artıq simptomları da göstərmədiyini bildirir.

O’Konor bildirib ki, yoluxma zamanı Baydenin hərarəti yüksək olmayıb və onun həyati əlamətləri norma çərçivəsindən kənara çıxmayıb.

“Prezident artıq simptomları göstərmir. Yoluxma zamanı onun hərarəti yox idi, həyati göstəriciləri, o cümlədən nəbz oksimetriyası normada idi. Onun ağciyərləri təmizdir” – deyə Co Baydenin həkiminin bəyanatında qeyd olunub.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin “Covid-19″a yoluxması keçən həftə təsdiqlənib. Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin bəyanatına əsasən, ABŞ Prezidenti peyvənd olunub və gücləndirici doza da qəbul edib. Bununla yanaşı, Karin Jan-Pyer Co Baydenin “Covid-19″u iki dəfə keçirdiyini qeyd edib.