Hakan Fidan - Türkiyə Yerevanla Bakı arasında münasibətlərin uğurla tənzimlənməsi halında Ermənistanla sərhədi açacaq
Hakan Fidan - Türkiyə Yerevanla Bakı arasında münasibətlərin uğurla tənzimlənməsi halında Ermənistanla sərhədi açacaq

 
Türkiyə Yerevanla Bakı arasında münasibətlərin uğurla tənzimlənməsi halında Ermənistanla sərhədi açacaq – bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Azərbaycan və Ermənistan hazırda danışıqları davam etdirirlər. Əgər onlar müsbət sonluqla nəticələnərsə hərəkətlərin ssenarisini hazırlamalıyıq. İndi hər şey ona doğru gedir. Danışıqlar yekunlaşarsa, müsbət ssenariyi həyata keçirəcəyik. Başqa sözlə, biz sərhədimizi aça biləcəyik” – Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri iyulun 30-da keçirilən görüşdə ilkin şərt olmadan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini davam etdirmək və dəmir yolu keçid məntəqəsinin açılmasının qiymətləndirilməsinə başlamaq barədə razılığa gəliblər. Bu ilin əvvəlində Ermənistan hakimiyyətində Türkiyə ilə sərhəddəki Marqara keçid məntəqəsinin tamamilə yeniləndiyini və istismara hazır olduğunu bəyan etmişdilər.