“HƏMAS”ın siyasi liderinin öldürülməsi ilə əlaqədar avqustun 2-də Türkiyədə matəm elan edilib
“HƏMAS”ın siyasi liderinin öldürülməsi ilə əlaqədar avqustun 2-də Türkiyədə matəm elan edilib

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar avqustun 2-də Türkiyədə matəm elan edilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək üçün avqustun 2-si HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı matəm günü elan edilib”. – Ərdoğan X sosial şəbəkəsində yazır.

Ərdoğan Fələstin xalqına özü və ölkəsi adından başsağlığı verib.

HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda hava hücumu nəticəsində öldürülüb. O, sonuncu dəfə İranın yeni seçilmiş prezidenti Məsud Fezeşkianinin andiçmə mərasimində ictimaiyyət qarşısına çıxıb.